Məşhur fizik bəşəriyyəti və həmkarlarını xəbərdar etdi
Dünyanın hər yerindən gələn ən məşhur fiziklər Kembricdə öz tanınmış həmkarları Stiven Hokinqin 70 illik yubileyini qeyd etmək üçün yığışıblar.
Atmosferdəki qara dəliyin və Kainatın yaranmasının bu ən ünlü tədqiqatçısı isə öz yubileyində iştirak edə bilməyib. Onun səhhətində ciddi problemlər var. Həyatının uzun bir mərhələsi boyu Hokinq nevroloji problemlərdən əziyyət çəkir. O, 21 yaşında yerimək, 43 yaşında isə danışmaq qabiliyyətini itirib. Amma bu fiziki qüsurlar bu nəhəng intellektin işləməsinə və tədqiqatlarını davam etdirməsinə mane olmayıb.
Yubileyə toplaşan yüzlərlə alim onun özünü görməsə də, çıxışının audioyazısını dinləyə bilib. Dahışıq qabiliyyətini itirmiş Hokinqin “Mənim qısa tarixim” adlandırdığı çıxışı xüsusi səs sintezatoru vasitəsilə lentə alınıb.
Bu çıxışında Hokinq bəşəriyyəti tələsməyə çağırıb: kosmosun tədqiqatı və onun fəth edilməsi ilə bağlı işlərin sürətləndirilməsinin zəruri olduğunu vurğulayıb. O, bildirib ki, bu prosesi sürətləndirmək və bəşəriyyətin başqa planetlərə köçürülməsini təmin etmək lazımdır. Alimin fikrincə, Yer kürəsi bəşəriyyətə, aşağı-yuxarı, 1000 il davam gətirə bilər, bundan sonra isə Yer insanların yaşaması üçün yararsız hala düşəcək. Amma alim insanlara heç zaman ruhdan düşməməyi, təslim olmamağı tövsiyyə edib.
İnformasiya şöbəsi