Qardaş ölkəni Bakıda Can Bonomo təmsil edəcək
TRT kanalı uzun müzakirələrdən sonra Bakıda keçiriləcək “Eurovision” yarışmasına göndərəcəyi sənətçinin adını açıqlayıb. Bu, Can Bonomodur.
“Hürriyet” xəbər verir ki, daha əvvəl Kıraç, Atiye Deniz, Hande Yener, Murat Boz kimi müğənnilərin adı hallansa da, sonda Türkiyəni yarışmada Can Bonomonun təmsil etməsi qərar alınıb.
Can Bonomo TRT-nin “Ana xəbər” buraxılışına açıqlamasında deyib ki, bu qərara görə çox həyacanlıdır. O, Baklda hansı mahnını və hansı dildə ifa edəcəyi haqda məlumat verməyib.
Can Bonomonun ən populyar mahnısı – MECZUP