Tehran Universitetinin “Bəsic” tələbə təşkilatı və Qum şəhərinin Məsumiyyə məktəbi Azərbaycanla bağlı bəyanat yayıb.
“İSNA” xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan əhalisinin 92 faizi müsəlmandır, hökumət isə məscidləri bağlamaqla, İslam alimlərini, liderlərini həbs etməklə din əleyhinə siyasət aparır: “Azərbaycan hakimiyyəti tarixdən dərs almalı, İranın 1963-cü ildən 1979-cu il İslam inqilabınadək olan tarixinə baxmalıdır. Görün, Məhəmməd Rza Pəhləvi, Hüsnü Mübarək, Ben Ali, Abdulla Salih və digərlərinin taleyi necə oldu?”
Bəyanatda İran Xarici İşlər Nazirliyindən ölkə konstitusiyasının 16-cı maddəsinin 3-cü bəndi əsas tutularaq Azərbaycan müsəlmanlarının hüquqlarını qorumaq üçün diplomatik səyləri gücləndirmək və həbsdə olan islamçıların azadlığa buraxılmasına nail olmaq tələb edilib.