PKK-da erməni izi ilə bağlı şok sənədlər

Türkiyəli deputat terror təşkilatının liderlərinin əslində erməni olduğunu üzə çıxardı

Türkiyə parlamentinin Milliyətçi Hərəkat Partiyasından (MHP) seçilmiş deputatı tanınmış tarixçi-alim Yusif Halaçoğlu PKK terror təşkilatıyla bağlı məxfi arxiv sənədini açıqlayıb. MHP-li deputat sənədin xülasə hissəsində Qərb ölkələrinin ünvanına sərt ittihamlar səsləndirib. Halaçoğlu PKK və erməni terrorçularının məhz Qərb ölkələrindən dəstək alaraq türk və müsəlmanlara qarşı qanlı aktlar reallaşdırdığını bildirib.

Yusif Halaçoğlunun açıqladığı sənəddə qeyd edilir ki, PKK ilə bağlı planlarında maraqlı olan bir sıra Qərb dairələri bu işdə Rusiya ilə ortaq hərəkət edirlər və onlar PKK-dan Türkiyəylə yanaşı Azərbaycana qarşı da istifadə edirlər. Arxiv sənədində PKK terror təşkilatının lideri, hazırda həbsdə olan Abdullah Öcalanın əsl adının Artin Aqopyan olduğu göstərilir.

Sənədlərdə PKK-nı idarə edənlərin erməni kimliyi barədə də məlumatlar verilir. “Barmaqsız Zəki” kod adlı Şəmdin Sakık – ermənidir. O, atasının anasının erməni olduğunu hətta özü də etiraf edib. Barış və Demokratiya Partiyasından (BDP) Türkiyə parlamentinə deputat seçilmiş Sırrı Sakık da ermənidir. Övladlarından biri Azərbaycan Tibb Universitetində oxuyan və Bakıda kürd əsilli tələbələrin təşkilatlanmasında müstəsna rol oynayan BDP-dən deputat seçilmiş Əminə Ayna da erməni əsillidir. PKK-çıların xaricdə yaratdığı, amma son zamanlar adı o qədər də hallandırılmayan Mühacir Kürd Hökumətinin nümayəndəsi 1959-cu il Silvan doğumlu Səmra Bakır da ermənidir. Onun qardaşı Orxan Bakırın əsil adı Armenakdır. Bu adam isə erməni terror təşkilatı TİKKO-nun fəal üzvlərindən olub. Onun daha yaxın qohumlarından biri isə Qarabağda Azərbaycan türkləri tərəfindən öldürülüb. Armenak isə TİKKO-nun mərkəzi komitəsində rəhbər vəzifəsinə qədər yüksəlib, türk silahlı qüvvələri ilə qarşıdurma zamanı öldürülüv. 1977-ci il Silvanda doğulan Bülənt Bakır ermənidir. “Mühacir Kürd Hökuməti”nin nümayəndəsi Məryəm Tabaş ermənidir. Babasının adı Hokar, nənəsinin adı isə Haykanuşdur.

Yuuf Halaçoğlunun açıqladığı sənəddə daha sonra yazılır ki, PKK-nın rəhbərliyinə təmsil olunan “Zazan Bertin” kod adlı 1980-ci ildə doğulmuş Ruşen Tapançı da ermənidir. Babasının adı Ohanisdir. Zamanında Türkiyədə “Mavi Çarşı”nın yandırılması aksiyasında fəal iştirak edib. 1975-ci il təvəllüdlü Yusif Cahangir ermənidir. Babasının adı Vartandır. 1965-ci il təvəllüdlü Qaraqaçanda doğulmuş Adnan Dizin ermənidir. Babasının adı Krikordur. 1970-ci ildə Siirtdə doğulmuş və ermənilər tərəfindən Qarabağda vuruşmuş Nihat Türksoy heç də türk soyundan deyil, ermənidir. Babasının adı Sarkis, nənəsinin adı Zerdodur. “Cihan” kod adlı, 1974-cü il təvəllüdlü Akif Yadigaroğlulları ermənidir. Babasının adı Apkar, nənəsinin adı Məryəmdir. 1948-ci ildə Paluda doğulmuş Zülküf Dəmirdaş ermənidir. O zamanında “HADEF İmamlar Birliyi” nin üzvü də olub.

İnformasiya şöbəsi