Bakıda piyada keçidində adam öldü

Bu gün Bakıda piyada keçidlərinin birində kişi meyiti tapılıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, metronun 28 May stansiyasının yaxınlığındakı piyada keçidində orta yaşlı kişi qəfildən yıxılıb və ölüb.

Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı məlumat daxil olub və meyit 1 saylı şəhər xəstəxanasının morquna aparılıb. 22-Cİ Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, ölən şəxs Abşeron rayon Güzdək qəsəbə sakini, 1948-ci il təvəllüdlü Fərhadov Ağahüseyn Əmirəhməd oğludur.

Hazırda ölən şəxsin kimliyi və ölümün səbəbləri araşdırılır.