«Ağla» mahnısına yazılan sözlərin «Azəryolservis» şefinə məxsus olması barədə iddialar var
Bir müddət əvvəl mətbuatda belə bir məlumat yayılmışdı ki, “Azəryolservis”in şefi, deputat Cavid Qurbanov şeir yazmağa başlayıb. Onun şeirlərindən bəzisinə mahnı bəstələndiyi də bildirilirdi. Məlumatlarda həmçinin deyilirdi ki, Cavid Qurbanovun sözlərinə yazıldığı mahnılarından birini müğənni Röya oxuyacaq.
Indi yayılan bəzilən məlumatlara görə, Röyanın ifa etdiyi “Ağla” mahnısının sözləri Cavid Qurbanova məxsusdur. Bu həmin mahnıdır ki, klipi 50 min avroya başa gəlib. Hər halda müğənni özü belə iddia edir. Doğrudur, bu mahnının sözlərinin Azad Isayevə məxsus olduğu bildirilir. Lakin məsələ burasındadır ki, Cavid Qurbanov mahnı bəstələndiyi şeirlərini öz adı ilə təqdim etmir. Bu baxımdan belə iddialar səsləndirilir ki, Azad Isayev Cavid Qurbanovun psevdonimidir. Yeri gəlmişkən, “Azəryolservis” şefinin şeirlərinə adətən bəstəkar Nailə Mirməmmədli mahnı bəstələyir. “Ağla” mahnısının musiqisi də Nailə Mirməmmədliyə məxsusdur.



