Arzu Səmədbəyli: «Arif Hacılı başqanlığa namizəd olsa, mən geri çəkiləcəyəm»
“Mən həbsdə olan şəxslə mübarizə aparmayacağam”. Bunu Müsavat Partiyası Məclisinin bu gün keçirilən iclasında Məclisin sədri Arzu Səmədbəyli deyib.
O qeyd edib ki, əgər partiyanın Mərkəzi Icra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı Müsavat başqanı postuna keçiriləcək seçkilərdə iştirak edərsə, başqanlıq iddiasından çəkiləcək: “Mən mövqeyimi müəyyənləşdirmişəm. Arif Hacılı namizədliyini irəli sürərsə, mən həbsdə olan biri ilə mübarizə aparmağı məqsədəuyğun hesab etməyəcəyəm”. A.Səmədbəyli zamanı gəldikcə məsələnin aydınlaşacağını da qeyd edib(APA).