İmamverdi Cəfərov namizədliyini geri götürdü

O, İP Koordinasiya Şurasının üzvlüyünə “Azadlıq” və “Yeni Müsavat”dan olan namizədləri dəstəklədi

İctimai Palatanın üzvü, Palatanın Koordinasiya Şurasının üzvlüyünə namizəd İmamverdi Cəfərov orijinal addım atıb. O, İP KŞ-yə namizədliyini “Azadlıq” və “Yeni Müsavat” qəzetindən bu quruma üzvlüyə namizəd olanların xeyrinə geri götürüb.
İP KŞ üzvlüyünə namizəd “Azadlıq” qəzetindən baş redaktorun birinci müavini Rahim Hacıyev, “Yeni Müsavat” qəzetindən isə baş redaktor Rauf Arifoğludur.
İ.Cəfərov “Azadlıq”a açıqlamasında addımını onunla əsaslandırıb ki, İP ötən parlament seçkisində deputatlığa namizəd olmuş və  hüququ pozulan şəxslərin bazasında yaranıb. Deputatlığa namizəd kimi onun seçki kampaniyasına isə hər iki qəzet ciddi dəstək verib. “Bundan başqa bu qəzetlər seçkidə mənim rəqibim olmuş məmur-oliqarx Cavid Qurbanovun pulunun nüfuz edə bilmədiyi nəşrlərdir”, – deyə İ.Cəfərov bildirib.

İnformasiya şöbəsi