Əli Orucov da İP KŞ-na namizədliyini geri götürdü

İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyünə namizədlərdən daha biri iddiasından geri çəkilib. İP-dən aldığımız xəbərə görə, AMİP-çi Əli Orucov KŞ-yə namizədliyini geri götürüb. Onun iddiasından hansı səbəbə görə geri çəkildiyi haqda məlumat verilmir.

Xatırladaq ki, bundan əvvəl İP KŞ üzvlüyünə namizədliyini İP-in üzvü İmamverdi Cəfərov geri götürmüşdü. O, KŞ üzvlüyünə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərindən namizədlər Rahim Hacıyevlə Rauf Arifoğlunun xeyrinə öz namizədliyini geri götürüb.