“Gülbaxt qalmaqalı”nda Araz Ağalarov izi

Karxanadan çıxan unikal daşlar İlham Əliyevin Rusiyadakı şəhərciyi üçün aparılır

“Gülbaxt” daş karxanası ətrafında baş verən qalmaqalla bağlı maraqlı məlumat əldə etmişik. Həmin məlumatda deyilir ki, karxana ətrafında baş verənlərin səbəbi oradan çıxan daşların Rusiyaya ixrac edilməsi ilə bağlıdır.
Bildirilir ki, həmin karxanada unikal sütun daşlar çıxır. Həmin daşlar isə ölkə başçısı Ilham Əliyevin qudası Araz Ağalarov üçün Rusiyaya daşınır. Araz Ağalarov Moskva ətrafında və Vladivostok ərazisində şəhərcik tikir. Həmin daşlar da bu şəhərciklərin inşasında istifadə edilir. Bu isə karxananın gəlirlərini xeyli artırıb. Məlumatda deyilir ki, məhz bundan sonra “Gülbaxt” kimlərinsə diqqətini cəlb edib və karxananın sahibinin problemləri başlayıb. Doğrudur, baş verənlərdə Akif Məmmədov adlı şəxsin hallanır. Lakin onun arxasında daha ciddi fiqurların dayandığı barədə məlumatlar var.

Informasiya şöbəsi