Rusiyanın populyar jurnalisti Bakıya gəlir

Dmitriy Fedotov Frontline Bakı Klubunun müzakirəsinə qatılacaq, «Media açarı»nın təqdimatında iştirak edəcək

Yanvarın 10-da Avropa otelində “Media açarı-2011″ mükafatının təqdimat mərasimi keçiriləcək. Təqdimat Frontline Bakı Klubunun yaradılmasına hazırlıq çərçivəsində keçirilən ikinci tədbirdə baş tutacaq.
Frontline Bakı Klubunun növbəti toplantısı ”Azərbaycanda Yeni Medianın söz və informasiya azadlığına təsiri” mövzusuna həsr ediləcək. KIV rəhbərləri, media ekspertləri, hüquqşünasların iştirak edəcəyi diskussiyada Azərbaycanda bu sahədə mövcud olan çətinikər digər postsovet ölkələrində yaranan problemlərlə müqayisə ediləcək. Həmçinin, Rusiya və Azərbaycanda ifadə azadlığına dair transmilli kampaniyaların hazırladığı süjetlər nemayiş etdiriləcək.  
Tədbirdə Rusiyanın ən populyar və oxunaqlı 10 saytından biri olan “Argumenti.ru”nun baş redaktoru Dmitriy Fedotov da iştirak edəcək. Qonaq Rusiyada söz və ifadə azadlığının durumu, rus jurnalistlərinin iş şəraiti, bu yaxınlarda Rusiyada qəbul edilən “Diffamasiyya haqqında” qanunun tətbiqi və digər məsələlər haqqında danışacaq, azərbaycanlı KIV rəhbərləri ilə birlikdə müzakirələrə qoşulacaq.
Toplantının ikinci hissəsində “Media açarı-2011″  mükafatının təqdimatı baş tutacaq. ”Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi bu mükafatın 4 nominasiya üzrə qalibləri müəyyənləşdiriləcək:
1. “Ilin reportyoru” – aktual mövzularda operativ reportajlarına görə;
2. “Ilin şərhçisi” – aktual mövzularda analitik yazıları və fərqli müəllif baxışına görə;
3. “Ilin ən yaxşı jurnalist araşdırması” – dərinliyi, zənginliyi və aktuallığı ilə ictimai rəydə iz qoymuş jurnalist tədqiqatına görə;
4. “Ilin media adamı” – ictimai müzakirələrə təkan vediyinə, curnalistlər üçün yeni mövzu, baxış və ideyalar mənbəyi rolunda çıxış etdiyinə görə.   
Nominasiya qalibləri münsiflər heyətinin qərarına əsasən müəyyənləşdirilir. Lakin bu dəfə təsisçilər həm də media mütəxəssisləri, bu sahəyə yaxın insanların arasında kiçik sorğu da keçiriblər.
1995-ci ildən etibarən “Media açarı” mükafatı hər il 22 Iyul – Milli Mətbuat Günü ərəfəsində təqdim olunur. Ilk dəfə 2011-ci ildə mükafatın təqdimatı Iyulda baş tutmayıb.
Frontline Bakı Klubunun ilk toplantısı ötən il dekabrın 7-də keçirilmişdi. Ilk diskussiyada paytaxt Bakının problemləri haqqında müzakirə açılmışdı.

Gültəkin