Beynəlxalq Həkimlər Briqadası Vyetnamda qeyri-adi əməliyyat həyata keçirib. Vyetnamın Dalat şəhərinin yerli sakini Nquen Duy Xayanın bədənindən 1,2 metr diametr ölçüsündə 90 kiloqramlıq şiş çıxarılıb. İndi həmin adam hələki öz normal həyatını yaşamaqdadır. Həkimlər onun yaşama şansının 50/50-ə bərabər olduğunu bildirib. Nquen Duy Xay anadan olduğu vaxtdan bu dəhşətli xəstəlikdən əziyyət çəkirmiş, 14 yaşından isə xəstəlik daha da kəskinlşməyə başlayıb. 17 yaşında ayağının bir hissəsi amputasiya olunan xəstə yenə də bu illətdən canını qurtara bilmir. İctimaiyyətin də diqqətini öz üzərinə çəkən Nquen Duy Xaya ən sonda Fransız-Veytnam müştərək hospitalına yerləşdirilərək yenidən əməliyyat olunub.
İnsan bədənindən 90kq-lıq şiş çıxarıldı (FOTOLAR/VİDEO)
•
•