Hüsnü Mübarəkə edam cəzası istənildi

Prokuror onun oğlanlarının və keçmiş daxili işlər nazirinin də asılmasını istədi

Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin məhkəmə prosesində prokuror onun edam edilməsini istəyib. “Reuters” agentliyinin yaydığı məlumata görə, prokurorun oxuduğu ittiham aktında qeyd olunur ki, Hüsnü Mübarək hakimiyyəti qanunsuz şəkildə oğlu Camal Mübarəkə ötürmək istəyib, bu isə xalqın sosial-iqtisadi durumunu pisləşdirib, Misirin dünyada nüfuzunu və yerini itirməsinə səbəb olub. Hüsnü Mübarək korrupsiyada və keçən ilki nümayişlər zamanı etirazçılara qarşı zorakılığa göstəriş verməkdə də ittiham olunur. Prokuror bildirib ki, hətta Hüsnü Mübarək aksiyaçıların güllələnməsi barədə əmr verməsə də, baş verənlərə görə məsuliyyət daşıdığı üçün edam olunmalıdır.

Hüsnü Mübarəklə bərabər oğulları Camal Mübarək və Əli Mübarək, o cümlədən sabiq daxili işlər naziri Həbib əl-Adlinin də asılaraq edam olunması istənilib.