“Kurtlar vadisi pusu”: Polad Alemdar vuruldu(VİDEO)

Türkiyənin TNT kanalında yayımlanan “Kurtlar vadisi pusu” serialının yeni – 143-cü bölümü yanvarın 5-də nümayiş olunacaq. Lent.az xəbər verir ki, bu seriyada bir-birindən maraqlı səhnələr yer alıb. Suriyalı Polad və Karanın suallarına hansı cavabı verəcək? Polad Samirin yerini öyrənə biləcəkmi? Kara ilə Suriyalının birlikdə çəkilmiş şəkilini görən Polad Alemdarın reaksiyası necə olacaq? Pusquya salınan Polad Alemdar vurularaq dənizə düşəcək. O, xilas olacaqmı?