“Erməni qanunu” qüvvəyə minsə, onu pozanların cəriməsini ödəmək üçün 1 milyonluq fond yaradılacaq
Əlcəzair əsilli fransalı iş adamı Raşid Nekkaz bildirib ki, Fransada qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanun Senatdan keçib qüvvəyə minərsə, 1 milyon avroluq fond yaradacaq. Bu vəsaitdən erməni soyqırımının olmadığını söyləyəcək şəxslərin cərimələrini ödəmək üçün istifadə olunacaq.
Raşid Nekkaz bildirib ki, Türkiyə müsəlman ölkə olduğu üçün cəzalandırılır, həmin qanunun əsas hədəfi əslində İslam dinidir (Associated Press).
Qanunun qüvvəyə minməsinə gəlincə, “France İnfo” radiosu xəbər verib ki, Sarkozi qarşıdan gələn prezident seçkilərinə qədər buna nail olmağa çalışır. Layihə isə yanvar ayında Senatın gündəliyinə salınacaq.