Bakıda gənc oğlan özünü Saat Qülləsindən atmaq istədi

Bu gün Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd olub. Hadisə şahidlərinin verdikləri məlumata görə, gənc oğlan Saat Qülləsinə çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəlada Hallar Nazirliyinin xilasedici qrupu gəlib. Uzun danışıqlardan sonra intihar cəhdinin qarşısı alınıb və oğlanı qüllədən düşürmək mümkün olub.  
ANS PRESS-in verdiyi məlumata görə, intihara cəhd edən şəxs Zaqatala rayon sakini 28 yaşlı Pərviz Mikayılov olub. İlkin dindirmə zamanı o polis haqqında şikayətinə baxılmadığını bildirib.