Dəhşətli avtomobil qəzası:Biri müstəntiq olmaqla, 4 nəfər ölüb

Hacıqabul rayonunun Qarasu kəndi ərazisində ağır yol qəzası baş verib.

Hacıqabul Rayon Prokurorluğunun müstəntiqi Vüqar Məlikovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, dekabrın 31-i, saat 21.10 radələrində Mingəçevir sakini Mehdiyev Cabbar Məmməd oğlunun idarə etdiyi 10 XO 538 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil Ağcabədi sakini, 1985-ci il təvəllüdlü Nağıyev İqbal Adil oğlunun idarə etdiyi 90 DB 556 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə ikinci maşının sürücüsü, Ağcabədi Rayon Polis Şöbəsinin müstəntiqi İqbal Nağıyev, həmin avtomobildə olan sərnişinlər – Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Hacıyev Mübariz Əhməd oğlu (Mingəçevir şəhər prokurorunun sürücüsü) və hələlik şəxsiyyəti müəyyən olmayan şəxs hadisə yerində, Yevlax sakini, 1986-cı il təvəllüdlü Həsənov Qnyaz Ağəli oğlu isə Şirvan Mərkəzi Şəhər Xəstəxanasında ölüb.

Qəzada xəsarət alan Yevlax sakini, 1987-ci il təvəllüdlü Ağayev Rauf Ağəli oğlu və 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Vəli qızı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriblər. R. Ağayev ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.