ABŞ Salehi qəbul etməyə hazırdır
Yəməndə on minlərlə insan təxminən 10 aydır demokratiya tələbilə keçirilən aksiyalar zamanı yüzlərlə dinc sakinin öldürülməsinə görə günahlandırdıqları ölkə başçısı Əli Abdulla Salehin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Paytaxt Sənanın mərkəzi meydanına toplaşan etirazçılar hakimiyyətin dinc dəyişikliyini nəzərdə tutan müqavilədəki Salehin cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərdə tutan müddəanın ədalətsiz olduğunu bildiriblər.
Saleh isə bir neçə gün əvvəl verdiyi açıqlamasında ABŞ-a səfərə hazırlaşdığını və bir müddət orada qalacağını bildirib. Yəmən rəhbəri ölkəyə müxalif lider kimi qayıdacağını və tərəfdarlarını başına yığaraq güclü anti-hökumət kampaniyasına başçılıq edəcəyini söyləyib. ABŞ hökuməti isə bəyan edib ki, Saleh bu ölkəyə gəlmək məqsədilə viza alması üçün aidiyyəti qurumlara müraciət edərsə, onun müraciətinə baxılacaq və müsbət cavab veriləcək.
Bəhreynin paytaxtı Manamada da minlərlə insan etiraz aksiyası keçirərək hökumətin dərhal istefaya getməsini tələb ediblər. “Associated Press”in xəbərinə görə, təxminən 6 kilometrlik məsafəlik yürüş edən şiə etirazçılar krala dəstək şüarları səsləndiriblər. Hökumətin dərhal istefasını istəyən etirazçılar həmçinin bəzi polis məmurlarının da məhkəmə qarşısına çıxarılmasını tələb ediblər.