Rusiya müxalifəti növbəti mitinqin tarixini açıqladı

Rusiyada 4 dekabr seçkilərinə qarşı etiraz aksiyalarının təşkili məqsədilə “facebook” sosial şəbəkəsində yaradılmış “Şəffaf seçkilər” səhifəsinin fəallarının növbəti toplantısı keçirilib.
“Novaya qazeta”nın xəbərinə görə, təşkilatçılar növbəti mitinqi 2012-ci il fevralın 4-də keçirməyi planlaşdırır. Aksiyanın keçiriləcəyi məkanlar arasına Sadovoe dairəsi və Yeni Arbat prospekti daxil edilib. Xəbəri tanınmış müxalif yazar Oleq Kaşin özünün “Twitter” səhifəsində təsdiqləyib.
“Facebook” sosial şəbəkəsində 4 fevral mitinqinə çağırışın yerləşdirilməsindən bir neçə dəqiqə sonra aksiyanı dəstəkləyənlərin sayı min nəfəri ötüb. Rəqəmin artacağı istisna edilmir. Təşkilatçılar yayımladıqları çağırışda bildirib ki, Rusiya xalqı fevralın 4-də yenidən meydanlara toplaşmalı və hazırkı rejimə qarşı etirazını bildirməlidir.