“Rabitə” çempion oldu!

İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında keçirilən “Top Volley İnternational” turnirinə yekun vurulub.

“Qafqazinfo”nun turnirin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanı turnirdə təmsil edən “Rabitə” final görüşündə Fransanın “Kann” klubu ilə qarşılaşıb. Komandamız 3:1 hesabı ilə (28:26, 25:22, 22:25, 25:21) qalib gələrək çempion adını qazanıb.3-cü yer uğrunda görüşdə “Unilever” “Volero”nu üstələyib və bürünc medallara sahib çıxıb.