Yasamal Rayon Məhkəməsində ötən gün tanınmış alim Əlövsət Osmanlıya qarşı Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) 11 üzvünün iddiası əsasında qaldırılan məhkəmə işinə xitam verildi.
Əsas kimi iddiaçı tərəfin – DQŞ üzvlərinin dəfələrlə hakim Xəqani Tağıyevin təyin etdiyi proseslərə qatılmaması götürülüb. Birinci dəfə bu işə ötən ilin oktyabrında xitam verilib. O zaman DQŞ üzvləri apelyasiya şikayəti verərək işi yenidən ilkin instansiyaya – Yasamal Rayon Məhkəməsinə qaytarmağa “nail” olublar. Ə.Osmanlını Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkəməyə verənlər arasında deputatlar Nizami Cəfərov, Musa Qasımlı, professorlar Sabir Mirzəyev, Mirzəli Murquzov, Həbib Zərbəliyev və başqaları da var.
Oxucuların diqqətinə çatdırırıq ki, arxasında Təhsil naziri Misir Mərdanovun dayandığı digər məhkəməyə isə Təhsil Problemləri Institunun direktoru professor Abdulla Mehrabov vermişdi. Həmin proseslərdən də Əlövsət Osmanlı qalib çıxmışdı.
Ramin