Zeynəb Xanlarovanın 75 yaşı tamam oldu

“Dünyanın xoşbəxti mənəm dünyada…”

Bu gün SSRI xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür.ÿZ.Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub.ÿ1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Z.Xanlarova 1961-ci ildən Opera və Balet Teatrının solistidir. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz muğamları, təsnif və Azərbaycan xalq mahnıları, Qara Qarayev, Fikrət Əmrov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və başqa bəstəkarların, o cümlədən Şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. O, bir sıra mahnıların da müəllifidir. Z.Xanlarova dünyanın əksər ölkələrində konsertlər verib(“Lent.az”).ÿ
1975-ci ildə Azərbaycan SSRI xalq artisti, Özbəkistan SSRI xalq artisti, 1980-ci ildə SSRI xalq artisti adına layiq görülüb. 1985-ci ildə Azərbaycan SSRI Dövlət mükafatı laureatı olub, “Xalqlar Dostluğu” ordeni alıb. O, Azərbaycan Respublikasının “Şərəf” nişanı, “Şöhrət” və “Istiqlal” ordenləri ilə təltif olunub.ÿAzərbaycan SSRI Ali Sovetinin XI-XII çağırış və və Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olub. Hazırda IV çağırış Milli Məclisin deputatıdır.ÿ
Zeynəb Xanlarova yubileyini, eləcə də Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ailə üzvləri ilə birlikdə Avstriyada keçirəcək. Xalq artistinin ailə üzvlərindən ibarət 10 nəfərlik heyət dekabrın 26-da Avstriyaya yola düşüb.
“Azadlıq” qəzetinin kollektivi də əvəzedilməz səsə sahib olan sənətkarımızı yubiley münasibətilə təbrik edir, ona can sağlığı və həmişə xalqın sevimlisi kimi qalmağı arzulayır.