“Gündəlik Azərbaycan” nəşrini bərpa edir

Fəaliyyətini 2007-ci ilin mayında təsisçisinin və baş redaktorunun həbsi ilə bağlı dayandırmış “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin nəşri yaxın zamanlarda bərpa oluna bilər. Bu məlumatı “Yeni Müsavat”a həmin nəşrlərin təsisçisi və baş redaktoru Eynulla Fətullayev verib.

Hazırda hüquq müdafiə fəaliyyəti ilə məşğul olan E.Fətullayev bildirdi ki, bu məqsədlə ilkin addım da atılıb: “Soros Fondunun London ofisi bu günlərdə hər iki qəzetin nəşrinin bərpası üçün qrant ayırıb. Ümid edirəm ki, qəzetlərin fəaliyyətini yaxın zamanlarda bərpa edəcəyik. Bu barədə əlavə məlumat veriləcək”.