İngiltərə mətbuatı Azərbaycandan yazdı

«The Financial Times»: «Türkiyə və Azərbaycan arasında imzalanmış son razılaşma «Nabucco» üçün yeni bir zərbə oldu»

“BP-nin istismar etdiyi ”Şahdəniz” yatağından hasil olunan qazı Türkiyədən Avropaya nəql etmək hüququna yiyələnmək üçün bir neçə rəqib boru kəməri konsorsiumu Azərbaycanın xeyir-duasını almağa çalışır. Bu ay Azərbaycan xəbərdarlıq edib ki, “Nabucco” ölkənin yaxın perspektivli ehtiyaclarını ödəmək üçün olduqca iddialı layihə ola bilər”.
Bu barədə Böyük Britaniyanın “The Financial Times” qəzetində işıq özü görmüş məqalədə deyilir. Bu yaxınlarda enerji sahəsində imzalanmış Azərbaycan-Türkiyə və Türkiyə-Rusiya sazişlərinə toxunan Britaniya nəşri belə qənaətə gəlir ki, iri layihə olan “Nabucco”nun gələcəyi sual altına düşür:”Türkiyə ilə Azərbaycan arasında imzalanmış və “Şahdəniz”dən Türkiyə-Bolqarıstan sərhədinə kimi ildə 16 mlrd. kubmetr qaz nəqlini nəzərdə tutan saziş “Nabucco” üçün yeni bir zərbə olduÝ. “The Financial Times” qeyd edir ki, “sərmayəçilər ”Nabucco” borusunu 32 mlrd. kubmetr qazla dolduracaq mənbə tapmaqda və 12-15 mlrd. avroluq layihənin rentabelliyini əsaslandırmaqda çətinlik çəkdiklərinə görə “Nabucco”nun gələcəyi qeyri-müəyyən vəziyyətə düşüb(APA).