Bu gün səhər saatlarında Hacıqabul-Bəhramtəpə yolunda, Kür çayının üzərində yerləşən, Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən körpü növbəti dəfə bağlanıb.
Modern.az saytın məlumatına görə, körpünün bağlanması orada növbəti uçqun hadisəsinin baş verməsilə əlaqələndirilib. Bildirilir ki, bir müddət öncə təmir olunan körpüdə iri çatlar, uçqunlar əmələ gəlib.
Hadisə səhərə yaxın baş verib. Təhlükə nəzərə alınaraq avtomobillərin körpü üzərində hərəkəti tam dayandırılıb. Nəqliyyat vasitələri Kürdəmir istiqamətindəki yola yönləndirilib.
Xatırladaq ki, Kür çayının üzərində yerləşən bu körpü bir müddət öncə iki dəfə uçmuşdu….


