QOÇ
Görmək istəmədiyiniz adamla görüş gözlənilir. Təmkinli olun ki, konflikt yaşanmasın. Işgüzar danışıqları aparmaqda çətinliyiniz olacaq deyə, yaxşı olar ki, bu işi müttəfiqlərinizə həvalə edəsiniz.
BUĞA
Işiniz, demək olar ki, sənədlərlə bağlı olacaq. Təbii ki, belə iş cansıxıcı olmaqla yanaşı, həm də diqqət tələb edir. Həmkarlarınız tez-tez fikrinizi yayındıracaqlar, elə özünüz də ətrafda gəzən söhbətlərdən kənarda qalmayacaqsınız. Əyləncəni günün ikinci yarısına saxlayın.
ƏKIZLƏR
Günün birinci yarısı həyəcan gətirəcək. Sizi sevməyən adamlara öz doğruluğunuzu isbatlamalı olacaqsınız. Çox kəskin diskussiya sizi gözləyir. Səbrli olun, çünki günün ikiinci yarısı daha sakit olacaq. Ancaq yaxınlarla münasibətdəki harmoniya tam olmayacaq.
XƏRÇƏNG
Günün birinci hissəsi vacib qələbə ilə yadda qalacaq. Uğurlarınız ətrafdakıların diqqətini çəkəcək. Bunun sayəsində bir sıra faydalı təkliflər gələcək. Bürcün bəzi nümayəndələri iş yerlərini dəyişəcəklər. Şəxsi müstəvidə də vəziyyətin yaxşı olacağı bildirilir.
ŞIR
Maliyyə və əmlakla bağlı məsələlərin həlli vaxtınızın əsas hissəsini alacaq. Ciddi olun, pul məsələləri yüngül xasiyyətliliyi sevmir. Ulduzlar vacib sənədlərin bu gün imzalanmasını dəstəkləmir. Günün ikinci yarısında ən yaxın adamınızdan xoş sürpriz alacaqsınız.
QIZ
Bu gün özünüzdən razı qalmayacaqsınız. Səhvlərə yol verəcəksiniz, onların düzəldilməsi isə çox vaxt apara bilər. Mötəbər şəxslərdən birilə, yaxud da sizdən yaşca böyük olan kəslə aranızda konflikt yaşanacağı ehtimalı böyükdür. Sizin pis əhvalınız ailədə problem yaranmasına səbəb olacaq. Güzəştə getməməklə ciddi mübahisəyə yol açacaqsınız.
TƏRƏZI
Gözlənilməz təklif sizi çətin vəziyyətə salacaq. Siz nəyin yaxşı, nəyin pis olacağını müəyyənləşdirməkdə çətinlik çəkəcəksiniz, zaman isə gözləmir. Söhbət karyeradan gedirsə, onda daxili səsinizə güvənə bilərsiniz. Yox, əgər söhbət maliyyədən gedirsə, onda bu müstəvidə etibar etdiyiniz şəxsə arxalanın.
ƏQRƏB
Sizi elə bir hadisə gözləyir ki, onun sayəsində həyatınızın dəyişəcəyi ehtimal edilir. Günün birinci yarısı ətrafdakıları dinləmək, onların dediklərini analiz etmək, informasiya toplamaq üçün yararlıdır. Ikinci yarısı isə sərbəst fəaliyyət, şəxsi qərarlar baxımından münasibdir.
OXATAN
Prestijli olmayan, sizin üçün yeni olan işlə məşğul olacaqsınız. Bu gün tənbəllik etmək olmaz. Bu günə təyin etdiyiniz görüşlər üçün əvvəlcədən hazırlaşmağınız vacibdir. Yaxınlarınız sizə yardım etməkdən boyun qaçırmayacaqlar. Yaxşı olar ki, bu gün qohumlardan pul almayasınız.
OĞLAQ
Vacib xəbəri gözləyin. Ehtimal ki, bu xəbər bir o qədər xoş olmayacaq, amma diqqət tələb edəcək. Yeni tanışlıq üçün münasib gün deyil. Ətrafdakılarla əlaqə gərginləşəcək, siz onların hisslərini anlamayacaqsınız. Xüsusən də uşaqlarla ünsiyyət qurarkən düzgün ton seçməyəcəksiniz.
DOLÇA
Bu gün sizin üçün maraqlı keçəcək və sizdə yeni təəssüratlar yaradacaq. Ancaq axşama doğru yorğunluq hiss edəcəksiniz. Yaxşı olar ki, bu gün çox da çətin olmayan işlərlə məşğul olasınız. Uzun vaxt aparan və diqqət tələb edən iş icra etmək baxımında gün məhsuldar deyil.
BALIQLAR
Gün işlə bağlı əla xəbərlər gətirəcək, çox səy göstərmədən əla nəticələr qazanacaqsınız. Müdiriyyət buna görə sizi qiymətləndirəcək, rəqiblərinizi geridə qoyacaqsınız. Ehtimal ki, gəliriniz olacaq. Istənilən yaradıcı iş üçün münasib gündür.

Günün ulduz falı (29.12.11)
•