Azərbaycanlı qadın Türkiyə televiziyasına basqın etdi

Türkiyənin TNT telekanalında yayımlanan və aparıcı Hande Ataizinin təqdim etdiyi “Desti İzdivac” proqramında evlənmək istəyən şəxs şok olayla üzləşib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, evlənmək istəyən şəxsin həyat yoldaşı olan azərbaycanlı qadın (Tünzalə.H) qəfil studiyaya basqın edib. Qadın bildirib ki, evlənmək istəyən şəxs onun dini nikahda olduğu əridir.

Yenidən evlənmək istəyən şəxs əvvəlcə Tünzalə xanımı tanımadığı bildirsə də, onun fırıldağı tezliklə üzə çıxıb.