Sabiq nazir ondan əfv ərizəsi yazmağı xahiş edənləri qovub
Sabiq səhiyyə naziri Əli Insanov əfv ərizəsi yazacağı təqdirdə azadlığa buraxılacaqmış. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hətta Əli Insanova əfv ərizəsi yazdırmaq üçün onun yanına minnətçilər də göndərilib. Bu əfv məsələsi gündəmə gələn ərəfəyə təsadüf edib. Sabiq nazirə bildirilib ki, əfv ərizəsi yazacağı təqdirdə azadlığa buraxılacaq. Lakin sabiq nazir əfv ərizəsi yazmayacağını bildirib və minnətçiləri kobud şəkildə qovub.
Informasiya şöbəsi