AXCP hakimiyyəti düşmənçilikdə ittiham etdi

Partiya yaydığı bəyanatda yarımçıq əfv fərmanına və Naxçıvan fəalının habsinə münasibət bildirib

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyanat yayıb. Bəyanatda dövlət başçısı İlham Əliyevin sonuncu əfv sərəncamına və AXCP Naxçıvan təşkilatının fəalı Zeynal Bağırzadənin qanunsuz həbsinə münasibət bildirilib. Bəyanatda deyilir:
“Azərbaycan dövlət başçısı İlham Əliyevin son əfv sərəncamı onu göstərdi ki, hakimiyyət siyasi qüvvələr arasında dialoq mühitinin yaranmasında maraqlı olmadığı kimi, siyasi proselərə də heç bir müsbət çalar qatmaq fikrində deyil. İlham Əliyev növbəti dəfə yarımçıq əfv sərəncamı imzalamaqla özü haqqında müsbət rəy yaratmaq cəhdi göstərmiş və eyni zamanda sübut etmişdir ki, o hələ də insanların siyasi baxışlartına görə onlarla düşmənçilik edir. Bu, nəinki müasir, demokratik prinsiplərə, hətta ən ibtidai insani münasibətlər sisteminə də uyğun gəlmir. AXCP bir daha hakimiyyəti İlham Əliyevin timsalında qanunlara və konstittsiyaya, habelə ölkənin qoşulduğu beynəlxalq konvensiyalara əməl etməyə – vicdan məhbuslarını heç bir ayrıseçkiliyə yol vermədən azad etməyə çağırır”. Bəyanatda daha sonra bildirilir ki, Azərbaycan hakimiyyəti öz müxaliflərinə qarşı tətbiq etdiyi represiyaları artıq nihilist səviiyyəyə qaldırıb və normal məntiqin imkanları xaricində böhtanlara,  saxtakarlıqlara əl atılır. “AXCP fəalı Zeynal Bağırzadəyə qarşı absurd ittihamda bildirilir ki, güya onun Çernobl əlili olması barədə sənədləri saxtadır. AXCP fəalı dövlətə ziyan vurmaqda ittiham olunur. AXCP bəyan edir ki, 22 il öncə SSRİ-nin vaxtında baş vermiş fəalkətin qarşısını almaq üçün fədakarlıq etmiş şəxsə qarşı siaysi mövqeyinə görə bu cür davranış heç bir əxlaqi normaya sığımır və bu, dövlət srukturlarına başıaşağılıq gətirən bir durumdur. Partiya Bağırsoy qardaşlarına qarşı bundan öncə də baş vermiş təzyiq, həbs və təqibləri yada salaraq bildirir ki, Naxçıvanda yaradılmış totalitarizm labaratoriyasının tam gücü ilə işləməsinə mane olduqları üçün Azərbaycan rəhbərliyi bütün ağıla gələn və gəlməyən vasitələrlə Bağırsoy qardaşlarını sıradan çıxarmaq istəyir. Bu yola əl atmaq isə siyasi hakimiyyətin acizliyinin və tükənməsinin göstəricisidir. Açıq-aşkar hiss olunur ki, bu məsələlər İlham Əliyevin iradəsi ilə baş verir. AXCP hakimiyyəti bir daha Zeynal Bağırzadfəni dərhal azad etməyə, sivil normalarla siyasi mübarizə aparmağa, vətəndaş cəmiyyətini aqressiv müstəvidə mübarizəyə sürükləməkdən çəkinməyə  çağırır”, – deyə bəyanatda bildirilir.