Tanınmış reper Elşad Xose cinayət məsuliyyətinə cəlb olunub. Bakının Yasamal rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, hakim Tahir İsmayılovun sədrliyi ilə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin reper Elşad Xoseyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hökm çıxarılıb.
Məhkəmənin hökmü ilə Elşad Xose Cinayət Məcəlləsinin təhqir (148-ci) maddəsi ilə təqsirli bilinərək əməkhaqqının 20 faizi tutulmaqla 6 ay müddətinə islah işlərinə cəlb edilib.
Mirşahin Ağayev reperin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməklə təhqir etdiyini əsas gətirərək məhkəməyə müraciət etmişdi.


