AXCP Gənclər Komitəsi Azad Yazarlar Ocağı ilə birgə üçüncü tədbirini keçirdi.
Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi Azad Yazarlar Ocağı ilə birgə sayca üçüncü tədbirini keçirib. Tədbir VHP-nin iclas zalında baş tutub. Bu dəfə AYO-nun Alatorandan sonra növbəti dərgisinin, “Ağac” dərgisinin təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə AXCP Gənclər Komitəsinin yetkilisi Dadaş Sadıqlı bildirib ki, “Ağac” dərgisinin təqdim olunmasında məqsəd Komitənin gənclərin maarifləndirilməsi ilə bağlı işlərin davamlı aparılması və kitabın təbliğidir. Çıxışa başlayan AYO-çu Rasim Qaraca deyib ki, ci ilə ənənə halını almış tədbirlərimizi onları məmnun edir. Yazar Ağac dərgisi haqda bildirdi ki, “Alatoran”dan sonra ehiyac duyduq ki, dünya tərcümə ədəbiyyatını özündə toplayan belə bir dərgiyə ehtiyac vardı. Dərgi üç aydan bir çıxacaq. Dərginin adının xüsusi tərəfi var. “Ağac” adı həm Nəcib Fazil QısaKürəyin “Ağac” dərgisindən göütürülüb. “Nəcib Fazil Qisakürəkin Ağac dərgisi Türkiyədə ilk dünya ədəbiyyatını özündə əks etdirən dərgidir. Həmin dərgi müxalif olduğuna görə qapadılıb. Müəllif özü isə həbs olunub. Biz həm də adı seçəndə Kitabi-Dədə Qorquddan müxtəlif adlar seçmişdik ki, bunlardan da biri də ağac sözü idi. Bu sözü türk sözüdür.
Jurnalın məzmunundan bəhs edən yazar dedi ki, ilk məqalə Aleksandr Duqinin “Fridrix Niçşe, Üstün İnsana gedən yol” məqaləsidir. Bəşəriyyətin gələcəyi ali, üstün insanın formalaşması olmalıdır. Üstün İnsanlar kamil insanlardır. Ağac dərgisinin də ali məqsədi üstün insanların yetişməsdir.”
Dərginin redaktoru Namiq Hüsyenov dedi ki, o özü daha çox dünya ədəbiyyatını oxumağa üstünlük verir. Çünki bizdə əsasən, sovet ədəbiyyatı üstünlük təşkil edir. Sovet ədəbiyyatı isə senzuradan keçmiş rəsmi ədəbiyyatdır. Bu ədəbiyyat oxucuya heç nə vermir. Biz daha çox dərgidə dissident yazarların əsərlərinə üstünlük vermişik. Ağacın məqsədi ədəbiyyatın düşdüyü durğun vəziyyəti az da olsa dəyişməyi qarşısına qoyub. Sovet ideoloji sisteminin qalığı olan Yazıçılar Birliyi sovet ədəbiyyatı ənənələrini saxlamaqla dünya ədəbiyyatındakı yeniliklərlə oxucu arasında sədd çəkməkdədir. Dərgi özü sırf müxalif olmasa da, Azərbaycan müxaliflərinə hədəflənib. Çünki bu gün az-çox oxumaq istəyənlər, intellektuallar bu düşərgədədir. Nəhayət, “Ağac”ın istiqamətlərindən biri budur ki, hakimiyyət ədəbiyyatı idarə etməkdən əl çəksin.
Tədbirin qonaqlarından türkiyəli mədəniyyət adamı Rasim Aşın dərginin protesto məzmunlu əsərlərlə əhatə olunması sevindiricidr. Rasim Aşın həmçinin öz ölkəsinin yazarına da yer ayırlmasından doğan məmnunluğunu gizlətmədi. “Burda bir türkiyəli yazar görməsəydim, üzülərdim. Nə yaxşı sevimli Nazim Himətə yer vermişsiniz.”
AXCP sədrinin müavini Razi Nurullayev təqdimatçıları təbrik edərək dedi ki, Rasim Qaracanın dəst-xətti ilə çox tanışdır. Razi bəy dedi: “Dərgidəki müəllifləri, əsərləri görəndə düşündüm ki, sıradan biri deyildir. Burdakı əsərlər imkan vermir ki, oxucu bu dərgini oxumasın və dərgi kitab rəfinin gözündə toz içində qalsın. Hər kəsi oxumağa və burdakı zənginlikləri cəmiyyətimizə təlqin etməyə çağırıram”.
Cəbhəçi gənclərdən Tacəddin Sadıqlı çıxış edərək hazırkı durumda hakimiyyətin kitab oxumamağı təbliğ etdiyini, televeziyaların mənasız seriallar verdiyini və bunun qarşılığında ayrı-ayrı təşkilatların, fərdlərin üzərinə böyük yük düşüdüyünü bildirdi.
Çıxışçılardan Seymur Baycan çıxışına Amerikan yazıçısı Tomas Vulfdan misal çəkməklə başladı. O, deyirdi: “Fransız, alman yazıçısının işi asandır. Onlar öz bellərini böyük bir ənənəyə söykəyiblər. Biz isə hər şeydən əvvəl hələ Amerikanın necə bir ölkə olduğunu Amerika vətəndaşlarına tanıtdırmalıyıq.
Bizdə isə bu mənada durum olduqca ağırdır. Həm nəşr pulu tapmalıyıq, nəşriyyat axtarmalıyıq, həm də oxucu problemi var. Bunda isə günahkar hakimiyyətdir. “
Dərgidə dünya ədəbiyyatının yer almasının müsbət addım olduğunu önə çəkən Seymur bəy dedi ki, Elçin Əfəndiyev deyir ki, Eduard Limonovu Azərbaycan dilinə tərcümə etmək lazım deyil, əxlaqszıdır. “Əvvəla bir roman, əsər oxumaqla heç kim əxlaqsız ola bilməz, adamın əxlaqı dəyişməz. İkinci bir tərəfdən isə əxlaqsız yaltaqlıq, məddahlıqdır, qorxaqlıqdır.”
Daha sonra dərginin müəlliflərinə gənclər müxtəlif suallar ünvanladırlar. Tədbir dərginin oxucular tərəfindən alınması ilə yekunlaşdı.