Yapçılara tezliklə səslərini kəsmək göstərişi veriləcək

Elxan Mehdiyev: «Əliyevlərin 18 illik hökmranlığı dönəmində rejim lideri  Azərbaycanın milli maraqları ilə bu qədər açıq sürətdə  uçurumda olmayıb»
Fransa parlamentində “Erməni soyqırımının inkarına cəza” adlı qanunun qəbul olunması Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Rəsmilər məsələyə münasibətini açıqlasa da, İlham Əliyev hələ susur. Ölkə başçısının gözləmə mövqeyində dayanmasının səbəbi nədir. Məsələ ilə bağlı siyasi ekspert Elxan Mehdiyevin fikirləri ilə tanış olduq.

– Azərbaycandan gedən etirazları necə qiymətləndirirsiniz?

– Fransa parlamentinin  erməni  “soyqırımı” ilə bağlı qəbul etdiyi qərara Azərbaycandan gedən reaksiyalara nəzər yetirdikdə görürük ki, burda  Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən yapçılar da bu qərara şiddətlə etiraz edirlər. Yeganə izolyasiyada qalan İlham Əliyevdir. Bu da unikal haldır. Bəlkə də Əliyevlərin 18 illik hökmranlığı dönəmində rejim lideri  Azərbaycanın milli maraqları ilə bu qədər açıq sürətdə  uçurumda olmayıb. Kənardan baxdıqda  bu uçurum indi onun sözcüsü olan YAP-la da yaranıb. Burda ola bilər ki, onlar arasında koordinasiya pozulub. Çünki yapçılar da düsünməzdilər ki,  o belə mövge tuta bilər. Yəgin ki onlara da tezliklə səslərini kəsmək göstərişi veriləcək.

– Türkiyəyə olan bu biganəlik nədən qaynaqlanır?  
– Əslində İlham Əliyevin Türkiyə ilə çox problemləri var və onlar getdikcə də artır. Bildiyiniz kimi «Wikileaks» bunların bir qismini açıqladı. Onsuz da açıqlanmasaydı da, Azərbaycan çox Beynəlxalq məsələlər var ki, orda Türkiyənin  əleyhinə gedir ya da biganəlik nümayış etdirir. Bu ayrı geniş söhbət mövzüsudur. İndiki məsələ isə  praktik baxımdan Azərbaycana daha çox mənfi təsiri olan məsələdir, nəinki Türkiyəyə. Onu da deyim ki 2001-ci ildə də belə oldu. Həmin ilin fevralın əvvəlində Fransa parlamentin ermənilərlə bagli indiki genosid  qanununu qəbul edəndən iki gün sonra Heydər Əliyev Parisə Jak  Şirakın vasitəçiliyi ilə Koçaryanla görüşə getdi. Hansı ki o zaman «iki dövlət bir millət» ağızdan düşmürdü. ABŞ Konqresində bu qətnamə qəbul ediləndə də Azərbaycan tərəfi tam biganəlik nümayış etdirdi. Hansı ki, bu Azərbaycana toxunan ən həssas məsələdir.  Belə çıxır ki, bizim dediyimiz kimi bu hakimiyyəti torpaqlar həqiqətən maraqlandırmır və anti-erməni təbliğatı sadəcə xalqı aldatmaq üçündür.  İndiki tarixi zaman bilavasitə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün ən uyqun məqamdır. Azərbaycanın əlində olan təsir  imkanları Türkiyədəkindən daha tutarlı və dünyaya  səs salandır. Əgər sabah Azərbaycan Fransanın Minsk qrupu vasitəçiliyindən geri çəkilərsə, bu  Fransanın beynəlxalq adına vurulan ən böyük zərbə olacaq. İradə ortaya qoymaqla Azərbaycan özünü də təsdiq etmiş olacaqdır.  Fransanın enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti də bizim üçün istifadə olunacaq çox böyük təsir imkanıdır.

– XIN-in bəyənatını yetərli saymaq olarmı?
– Xarici İşlər Nazirliyinin dişsiz və mənasız bəyənatları da onların  iki  daşın arasında qalmasından irəli qəlir. Bir tərəfdən  Sarkozi ilə hakim ailənin dostluğu, digər tərəfdən Azərbaycanın köklü maraqları. Bu cür durumda  XİN  gözləmə mövqeyi tuturuq deyə indiki vəziyyətdən yayınmağa çalışacaq. Digər tərəfdən nazir muavini Araz Əzimov Vaşinqtonda  fransalı həmsədri  ikiüzlülükdə ittiham edir, nazir isə Fasyenin Yerevanda “Dağlıq Qarabağın Azərbaycan tərkibində qalacağını”  dediyini deyir. Hansi ki, Fasye belə söz deməyib. Elmar Məmmədyarov bildirib ki, Fransanın son qəbul etdiyi qərarın bu ölkənin Minsk Qrupunda  roluna təsiri olmayacaq.  Artıq o Fransanın adından da danışıb Azərbaycan xalqını əmin edir.  Elmar Məmmədyarov yəgin bunu da Azərbaycan qanunları kimi baxır.  Amma Fransa qanun dövlətidir. Fasye o qanun əsasında hərəkət edəcəkdir.

Fizzə