Srağagün Fransada Türklük əleyhinə qəbul olunan qərara ən orijinal reaksiya Azərbaycanın dövlət başçısı Ilham Əliyevdən gəldi. Dekabrın 22-də axşam saat 19.00 radələrində imzalanaraq, ictimaiyyətə açıqlanan fərman “Azərbaycan Respublikasını təmsil edən Iqtisadi Inkişaf Nazirliyi və Fransa Inkişaf Agentliyi arasında FIA qrupunun Azərbaycanda fəaliyyətilə bağlı Anlaşma Memorandumu”nun təsdiqlənməsi haqda idi.
Əliyevin bu fərmanı onun rəsmi saytına yerləşdirilsə də, az keçməmiş ictimai rəydə olan qəzəbdən qorunmaq üçün uşaqvari bir addım atılıb. Fərman barədə xəbər “president.az” saytından çıxarılıb. Rəsmi qəzetlər adətən prezidentin fərman və sərəncamlarını birinci səhifəyə çıxarsalar da, dünən nədənsə, Əliyevin sözügedən fərmanı “unudulub”. Heç bir rəsmi qəzet və hökumətin süfrəsindən qidalanan media quruluşu Ilham Əliyevin bu fərmanını dərc etmək cəsarətində bulunmayıb.
Natiq