«Google»dan elektron eynək

Dünyanın ən məşhur axtarış sistemlərindən olan “Google” düymələr vasitəsilə ən yaxınlıqdakı restoran və iş yerlərini müəyyənləşdirəcək bir eynəyi təqdim edib.

“Google” yeni hazırladığı elektron eynəklə texnologiyada bir  inqilaba hazırlaşır. Gizli laboratoriyada hazırlandığı iddia edilən eynəklər sayəsində istifadəçilər internetdə axtarış apara biləcək və Android texnologiyasıyla yaxınlıqdakı restoran və iş yerlərini tapa biləcəklər.
Yeri gəlmişkən, bu texnoloji vasitədən döyüş təyyarələrinin pilotları istifadə edir. Məlumata görə, “Google” mühəndisləri çalışmalarının yüzdə 20-ni bu eynək kimi yeni elmi-texniki fikirlərin inkişafına sərf edirlər.