Bill Klinton Barak Obamaya məsləhət verdi
“Iran nüvə silahı əldə etsə belə, ondan Israil əleyhinə istifadə etməyəcəyinə əminəm”. APA-nın məlumatına görə, bunu ABŞ-ın sabiq prezidenti Bill Klinton “Fox News” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Iranın nüvə silahından istifadə etməsi ağılsızlıq olardı. Çünki bu,
Iran əhalisinin məhvinə səbəb ola bilər. Lakin Bill Klinton hesab edir ki, ABŞ Iranın nüvə proqramı ilə bağlı yaranmış problemin həllinə hərbi cəhətdən hazır olmalıdır.