Kərimlinin gənclərlə görüşü hökuməti qorxudub

İqtidar mətbuatı tədbirlə bağlı kampaniyaya başlayıb

AXCP sədri Əli Kərimlinin bir neçə gün əvvəl gənclərlə keçirdiyi görüş hakimiyyətdə ciddi narahatlıq yaradıb. Bu, görüşlə bağlı hökumət qəzetlərində dərc olunan materiallardan da görünür.
Açıq-aydın hiss olunur ki, hökumət tədbirin effektini azaltmaq, gözdən salmaq üçün nəzarətində olan KIV-ə kampaniyaya başlamaq startı verib. Dünənki hökumət qəzetlərində Əli Kərimlinin gənclərlə görüşünə xeyli yer ayrılıb. Yazılarda görüşün zəif keçməsi, guya tədbirə az sayda gəncin qatılması və s. bu kimi iddialar səsləndirilib.
Görünür, hakimiyyət Əli Kərimlinin gənclərə çağırışından təşvişə düşərək kampaniyaya start verib. Xatırladaq ki, AXCP sədri tədbirdə gənclərə çağırış edərək onları Əliyevlər rejiminin zülmünə etiraz olaraq meydanlara səsləyib.