ABŞ «Nabucco»nun reallaşmasında israrlıdır

-ın “United Press International” xəbər agentliyi prezident Barak Obamanın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstara istinadən məlumat yayıb ki, Vaşinqton Avropanın qaz tələbatının təmin olunması və regionun Rusiyadan qaz asılılığının azaldılması məqsədilə reallaşdırılması nəzərdə tutulan “Nabucco” layihəsini dəstəkləyir.

Morninqstarın sözlərinə görə, “Nabucco”nun reallaşması ABŞ və Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusi nümayəndə əlavə edib ki, Vaşinqton “Nabucco”nun əsas dəstəkləyicisidir və layihənin reallaşması üçün bütün tərəflərlə sıx əməkdaşlığını davam etdirəcək. Diplomat bildirib ki, Avropa bu layihə ilə Rusiyanın regional energetika sektorunda hegemonluğuna son qoymağı planlaşdırır: “ABŞ ”Cənub DəhliziÝ” çərçivəsində reallaşacaq bütün enerji layihələrini dəstəkləyir”.