Sergey İvanov Rusiya Prezident Administrasiyasının rəhbəri oldu

“Media forum” saytı xəbər verir ki, Rusiya prezidenti Dmitri Medvedyev Sergey İvanovu baş nazirin müavini vəzifəsindən çıxararaq Prezident Administrasiyasının rəhbəri təyin edib.

İvanova qədər Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin olub. O, dekabrın 20-də bu vəzifədən çıxarılıb, dekabrın 21-də isə Dövlət Dumasının sədri seçilib.