Elxan Mehdiyev: «Hakimiyyət üçün Fransa ilə oturub durmaq Türkiyədən onəmlidir»
“Erməni soyqırımının inkarına cəza” adlı qanun layihəsinin Fransa Senatın müzakirəsinə çıxarılması Türkiyə ilə yanaşı Azərbaycanda da narazılıqla qarşılanıb. Lakin rəsmi Bakı məsələ ilə bağlı Parisə öz etirazını bildirməyib. Bu da birmənalı qarşılanmır. Bəs hakimiyyətin gözləmə mövqeyi tutması nə ilə bağlıdır? Məsələ ilə bağlı siyasi ekspert Elxan Mehdiyevin mövqeyi ilə tanış olduq.
– Siz Azərbaycan rejiminin Fransa ilə bağlı tutduğu səssiz mövqeyi necə dəyərləndirisiz?
– Bununla bağlı sizə bir başqa olmuş hadisəni misal çəkim. 1988 ci ildə Dağlıq Qarabağda ermənilər Azərbaycandan ayrılmaq mitinqləri keçirəndə Şuşada da şuşalılar etiraz mitinqləri təşkil edirlər və şəhər əhalisi də ayağa qalxır. O zamankı Şuşanın raykomu isə camaatın içinə gələrək “ay camaaat dağılışın Gevorkovdan ayıbdır” deyirmiş (Gevorkov o zaman DGMV c-ci katibi idi). İndiki halda da Əliyevlər yəgin Sarkozidən ayıbdır deyib səslərini çıxartmırlar.
– Niyə?
– Çünki Sarkozi ilə ailə arasında yaxın dostluq münasibəti var və gördüyünüz kimi o Bakıya Azərbaycana yox, ailəyə ziyarətə gəlmişdir. Biz onun Azərbaycanla bağlı heç bir səsini eşitmədik. Məncə Əliyevlər üçün Fransa ilə oturub durmaq Türkiyədən onəmlidir. Türkiyə kimdir ki… onlara görə
– Bu qanunun qəbul edilməsinin Azərbaycana nə qədər ilişgisi var?
– Onun Azərbaycana olan təsiri bəlkə Türkiyəyə olandan da çoxdur. Cünki, Azərbaycan torpaqları ermənilər tərəfindən işqal olunub. Müasir dünyanın gözü qarşısında yüz minləlrlə insan etnik təmizləməyə məruz qalıb. Vəziyyəti hamımız bilirik. Bu konteksdə əgər “ermənilər soyqırıma məruz qalıb və ustəlik onu inkar edənlərə cəza tətbiq ediləcək qanunu qəbul edilirsə” sabah kimsə Fransada və Avropada ermənilərin əleyhinə bir söz söyləyirsə, nəticəsi həbsxana olacaqdır. Əlavə olaraq sabah ermənilər əlavə 5 rayonu da işğal etsələr də soyqırıma məruz qalmış xalqa qarşı kim yenidən əl qaldıracaq. Əksinə, Azərbaycan özünü müdafiə addımları atsa da, cəzalandırılacaqdır. İkincisi, əgər müşahidə edirsinizsə, azərbaycanlılar açıq sürətdə ermənilərə qarşı daha çox anti soyqırım bəyənatları verir nəinki Türkiyə cəmiyyəti ( onlar daha mülayım davranır). Bu baxımdan bu qanun bizlərə qarşı daha çox yönələcək və bizim fəryadımız yox, ermənilərin soyqırımı hər toplantıda söhbət mövzusu olacaq və bizi dəstəkləyən xaricilər də daha tərəfsiz olmağa çalışacaq. Üçüncü bir tərəfi odur ki, erməniləri hər alanda dəstəkləyən Fransa daha dərinə gedərək onun soyqırıma məruz qaldığını qanuna salan bir ölkə halına gəlir. Bununla onlar həm də ermənilərin gələcək təhlükəsizliyini öz qanunlarına salırlar. Ondan sonra Fransanin vasitəçi kimi də butun səyləri ermenilerin ilk novbədə təhlukesizliyini temin edən bir həllə çalişmak olacaqdir. Hər addımda ermənlər Dağlıq Qarabağın Azərbaycanda qalacağı halda onların yenə də soyqırıma məruz qalacağını, torpaqları da işğal etməklə soyqırımın qarşısını aldıqlarını cəsarətlə deyirlər və bundan sonra daha uca səslə deyəcəklər.. Bunun qarşısında həmin vasitəçi də onları anlamla qarşılayacaq və ilk növbədə öz ölkəsinin qanunlarının əleyihinə getməyəcək. Mənim gördüyüm reallıq budur.
– Bəs Azərbaycan nə etməlidir?
– Burda yuxarıda dediyim kimi Azərbaycanın maraqları ilə Əliyevlərin maraqları üst üstə düşmür. Ona görə Azərbaycan üçün acınacaqlı vəziyyət yaranıb. Türkiyədə də hər kəs təəssüf qalıb…İlk növbədə Azərbaycan Türkiyə ilə bərabər addımlamalıdır. Göstərməlidir ki, bu məsələ Azərbaycan üçün də həyatı məsələdir. Bu, Azərbaycana Türkiyədən çox təsiri olacaq məsələdir. Türkiyə üçün mənəvi məsələdirsə, Azərbaycan üçün onun torpaqlarını əlindən almağa yönəlmiş çətirdir. Hamı birmənalı olaraq Fransaya bildirməlidir ki, bu qanundan ermənilər ancaq işğalı davam etdirmək üçün vasitə kimi istifadə edəcəkdir. Ermənilərin həm Amerikada həm də Avropada soyqırım çabaları ancaq Türkiyənin başını qataraq Qarabağ məsələsindən tamamilə uzaqlaşdırmaq, Azərbaycanı təkləmək və işğalı pərdələməklə sonucda Azərbaycan torpaqlarını bu soyqırım çətiri altında Ermənistana birləşdirməkdir. Mən bu rejimdən heç bir siyasi iradə gözləmirəm . İradəsi olan Azərbaycan həmən ilk addım olaraq Fransanın vasitəçiliyindən geri çəkilməlidir və o da Fransaya tutarlı cavab olardı.
Fizzə