Türkiyənin Diyarbəkir şəhərində dəhşətli avtomobil qəzası baş verib. Türkiyə mediasının yaydığı məlumata görə, yük avtomobili yolda hərəkətdə olan minik avtomobillərinin üstünə aşıb.
Diyarbəkir valisi Mustafa Topraq jurnalistlərə açıqlamasında bildirib ki, Batman magistralında baş verən qəza nəticəsində 24 nəfər ölüb, çox sayda adam müxtəlif dərəcəli bədən xəsarəti alıb.
musavat.com