Kürdəmirdə «analoqu olmayan yenidənqurma»

Kürdəmir Rayon Icra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov tikinti sahəsinə yenilik gətirib. O, rayonun mərkəzi küçələrinin divarlarını kvadrat-metri 1 manat 70 qəpik olan lambirlə üzlətdirib.

Hazırda Kürdəmirdə əcaib bir mənzərə var. Rayona daxil olarkən insan harada olduğunu anlaya bilmir. Çünki bu lambirlərlə adətən ictimai ayaqyoluların divarlarını üzlətdirirlər.
Başçının bu ixtirası rayon ziyalıları arasında da geniş narazılıq doğurub. Rayondakı mənbələrin sözlərinə görə, Məlikovun bu “analoqu olmayan yenidənqurma”sı prezidentin rayonun sosial inkişafı üçün ayırdığı 2 milyon manatı xərcləmək məqsədilə düşünülən addımdır.
S.Novruz