Ictimai Palatanın yerli təşkilatları öz sırasını artırmaqdadır. Artıq IP-nin Füzuli təşkilatı da yaranıb. Bu barədə qəzetimizə məlumat verən Teyyub Xəlilovun söylədiyinə görə, tədbirdə IP-nin AXCP və Müsavatdan 80 nəfərə yaxın üzvü iştirak edib:
“Altı nəfər Əlaqələndirmə Şurasına seçilib. Tədbirdə ictimai-siyasi vəziyyətlə bağlı çıxışlar səslənib, eləcə də vicdan məhbuslarına dəstək nümayiş olunub”.
Informasiya şöbəsi



