“Google” yeni il münasibətilə internet istifadəçiləri üçün virtual qar yağdırır. “Google”da axtarış qrafasına “Let It Snow” yazıb kompüterin “enter” düyməsini bassanız, özünüz üçün qar yağdıra bilərsiniz. Bir az gözlədikdən sonra yağan qar ilə birlikdə ekranınızın da buxarlanacağının şahidi olacaqsınız.
Buxarlanan ekranı silmək üçün isə “siçan”ın sol düyməsini basaraq, ekranda gəzməyiniz kifayət edir. Ekranın sol üst küncündəki “paylaş” düyməsi ilə “Google”un bu müjdəsini paylaşmaq imkanı da yaradılıb.