Hakimiyyətin partiyalar planı mənfi rəy aldı

Venesiya Komissiyası: «Siyasi Partiyalar haqqında qanuna düzəlişlər azadlığı məhdudlaşdırır»

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan Respublikasının siyasi partiyalar haqqında qanununa düzəlişlər layihəsi haqqında rəyini açıqlayıb. Düzəlişlər Azərbaycan Prezident Administrasiyası tərəfindən bu ilin yazında hazırlanıb.
VK-dəki mənbələrin “Turan”a verdiyi məlumata görə, layihədə Venesiya Komissiyasının 2004-cü ildə həyata keçirdiyi ekspertiza zamanı aşkar edilmiş bir sıra problemlər nəzərə alınmayıb. Buraya korrupsiyanın aradan qaldırılması məqsədilə görülən tədbirlərin səmərəsizliyi və həmkarlar ittifaqları arasında ayrı-seçkilik mümkünlüyüdür.
Üçüncü tənqid əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcrid edilməsi ilə bağlıdır. Həmçinin konstitusiya quruluşuna zidd əməllər törətməməyi tələb edən düzəliş şübhə doğurur, bu, dinc yolla konstitusiyaya fundamental düzəlişlər tələb edən partiyaların qeydiyyatından imtina və ya buraxılması üçün istifadə oluna bilər. “Qanuna düzəlişlər bu problemləri azaltmadı, əksinə böyütdü və bu arqument qanun layihəsinin dövlətin konstitusiya quruculuğunda dinc yolla dəyişiklik etmək istəyən siyasi partiyanın yaradılmasını qadağan edəcək. Bu qadağa Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsində müəyyən edilmiş prinsiplərə ziddir”, – deyə bəyanatda qeyd edilib. Siyasi partiyaların üzvlərinin minimal sayının 1000-dən 5000-ə qədər artırılmasının nəzərdə tutulması əsassızdır. Bu, etnik azlıqları təmsil edən və onların hüquqlarını müdafiə edən siyasi partiyaların yaradılmasını çətinləşdirə bilər. Siyasi partiyaların buraxılması ilə bağlı düzəliş qanunların riayət olunmasını hansı icra hakimiyyəti orqanının təmin edəcəyini dəqiqləşdirmir. Bu orqan qərəzsiz olmalı və hökumətdən asılı olmamalıdır. Buraxılma ilə bağlı bəzi müddəalar qeyri-proporsional tətbiq olunur, deyə rəydə bildirilir.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti bu düzəlişləri Milli Məclisin bu il dekabrın sonlarında başa çatacaq payız sessiyasında qəbul etməyi planlaşdırırdı.
Venesiya Komissiyasından başqa, Azərbaycanın vətəndaş cəmiyyəti və müxalifət partiyaları da təklif olunan düzəlişləri kəskin tənqid edib.