ulduz fali

Günün ulduz falı (20.12.11)

QOÇ

Çox işi üzərinizə götürməsəniz, çətinliyiniz olmayacaq. Yadda saxlayın ki, problemlərinizi paylaşa biləcəyiniz adamlar ətrafınızda kifayət qədərdir. Qurduğunuz münasibətlər də sizin güzəştə getmək bacarığınızdan asılı olacaq. Inad etmək yaxşı nəticə verməyəcək.

BUĞA

Çətin və gərgin gün olacaq. Özünüzdə gizli qalan istedadınızı üzə çıxarmasanız, situasiyadan baş çıxarmaq çətin olacaq. Müdiriyyətlə aranızdakı münasibətin də gərgin olacağı gözlənilir. Yalnız istənilən işə məsuliyyətlə yanaşmaq qabiliyyətiniz konfliktdən qaçmağa imkan verəcək.

ƏKIZLƏR

Gün pozitiv tendensiyalar üzərində köklənəcək. Lakin təəssüf ki, günün maliyyə sferası ciddi problemlər yaradacaq. Ehtimal ki, ya qiymətli əşyanızı, yaxud da vacib sənədinizi itirəcəksiniz. Səfərləriniz isə uğurlu olacaq.

XƏRÇƏNG

Ulduzlar sizin tərəfinizdədir və sizi istənilən yeni başlanğıclarda dəstəkləyəcəyini vəd edir. Gün çətin layihələrin reallaşması, tapşırıqların kompleks həlli baxımından əlverişlidir. Uğur sizi təkcə işdə deyil, şəxsi müstəvidə də gözləyir.

ŞIR

Uğursuz gündür. Işgüzar münasibətlərdəki qeyri-sabitlik sizi narahat edəcək. Çətin anda hansı həmkarınıza arxalana biləcəyinizi müəyyənləşdirməkdə çətinlik çəkəcəksiniz. Böyük  səylə ərsəyə gətirdiyinizi itirmək təhlükəsilə üzləşəcəksiniz.

QIZ

Işdə qeyri-sabitlik hökm sürəcək, kimin düz, kimin səhv olduğunu ayırd etmək asan olmayacaq. Siz səmimi qəlbdən ədalətli olmağa çalışacaqsınız, amma şübhələr sizi yanlış tərəfə çəkə bilər. O üzdən də daxil olan istənilən informasiyanı yoxlamadan ona “doğru” deməyə tələsməyin.

TƏRƏZI

Iş üçün çox uğurlu gündür. Əsasən şou-bizneslə və ya yaradıcı işlə məşğul olan bürcün nümayəndələrini uğur gözləyir. Şəxsi müstəvidəki işlər bir balaca çətinlik gətirəcək. Bu sferada

hisslərinizə arxalana bilərsiniz.

ƏQRƏB

Ulduzlar kini mülayimliklə əvəz edəcək. Bu gün istənilən işlə məşğul ola bilərsiniz. Bütün yeni işlərinizin yaxşı alınacağı bildirilir. Sizi qane etməyən məsləhətlərə qulaq asmağa dəyməz. Görüşün ürəyinizcə olmasını istəyirsinizsə, onda diqqətinizi cəmləyin.

OXATAN

Çətin suallara cavab tapmaq üçün uğurlu gündür. Amma çoxlu mübahisələr yaşanacaq, təəssüf ki, bu da münasibətlərin korlanmasıyla nəticələnəcək. Müsbət tendensiyalar şəxsi münasibətlərdə daha güclü olacaq. Bürcün bir sıra nümayəndələri bu gün arzularına çatacaqlar.

OĞLAQ

Kimlərləsə danışıqlara gedəndə hər dəfə çətinliklər alınır. Qarşı tərəf gah özünü görməməzliyə vurur, gah da inadkarlıq göstərməklə öz maraqlarını müdafiə etməyə çalışır. Sizin üçün yorucu gündür. Bu gün fiziki gərginlikdən uzaq olmağınız məsləhətdir.

DOLÇA

Bu gün əvvəlkilərdən fərqlənir. Təəssüf ki, bunu yaxşı mənada demək mümkün deyil. Müdiriyyət sizə qarşı kəskin mövqedə olduğundan yanlış bir addımınız onların əlinə sizi cəzalandırmaq üçün əsas verəcək. Yaxınlarınızla da dil tapmaq asan olmayacaq.

BALIQLAR

Karyeranızın yüksəlməsində əli olacaq adamla görüşünüzün baş tutacağı ehtimal edilir. Sizdən yalnız xoş ünsiyyət qurmaq tələb olunur. Bunu reallaşdırmaq isə elə də çətin olmayacaq. Günün ikinci yarısı hədiyyə və sürprizli anlarla zəngindir. Romantik görüş isə uzun müddət yaddaşınızdan silinməyəcək.