Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində məşhur Hollivud rejissoru Rupert Vaynrayt Azərbaycana dəvət olunub. Bu barədə jurnalistlərə “Bakı-2020”nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva açıqlama verib. O bildirib ki, Vaynraytın rəhbərlik etdiyi şirkət 2020-ci il olimpiadası ilə bağlı təbliğat xarakterli mini-filmlərin, roliklərin çəkilişi ilə məşğul olur.
bakushow.com saytı isə Bakının mərkəzində aparılan çəkilişlərdən birini fotolentə köçürüb.