İctimai Palatanın Kanada təmsilçiliyi yarandı

İctimai Palatanın Kanada təmsilçiliyi təsis edilib. Bu barədə qəzetimizə informasiyanı İP üzvü Yeganə Əmiraslanova verib. Bunun üçün artıq beş-altı aydır danışıqların aparıldığını deyən Y.Əmiraslanova vurğuladı ki, təmsilçiliyin tərkibinə bu ölkədə yaşayan və siyasi baxımdan aktiv soydaşlarımız daxil olub. Təmsilçiliyin işlərini isə 15 ildir Kanadada mühacir həyatı sürən, keçmiş polis işçisi Həsən Səftərov koordinasıiya edəcək.

İnformasiya şöbəsi