Bakıda “KamAZ” minik maşınının üstünə çıxdı, ölən var

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, dekabrın 17-də saat 06:20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Malik Paşayev “KamAZ” markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Kürdəmir rayon sakini Əli Həsənovun “QAZ-24” markalı avtomaşınına vurub. 

Nəticədə  Ə.Həsənov hadisə yerində ölüb, xəsarət almış sərnişini Vüsal Şəmiyev isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.