Bakıda binanın altında qaz partladı; yaralılar var

Bu gün Bakı şəhər, Binəqədi rayonu ərazisində partlayış hadisəsi baş verib. Lent.az-ın “qaynar xətt”inə daxil olan məlumata görə, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 2 ünvanında yerləşən binanın zirzəmisində güclü partlayış olub. Nəticədə binanın girişlərindən bir neçəsi uçub, zirzəminin divarlarında iri deşiklər yaranıb, həmçinin birinci mərtəbələrdə yerləşən mənzillərə ziyan dəyib. İlkin məlumata görə, 3 nəfər yüngül xəsarət alıb.

Binəqədi rayon Polis İdarəsindən Lent.az-a məlumatı təsdiqləyiblər. İdarədən bildirilib ki, bina əhalisi evakuasiya olunub. Hadisəyə qaz borusunda sızmanın səbəb olduğu ehtimal olunur.