Rusiyadan İrana gözlənilməz zərbə

Moskva aerportunda Tehrana aparılan radioaktiv maddə tutlub

Cənubi Koreya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Rusiyanın gömrük rəsmiləri Moskvada yerləşən hava limanlarından birində İrana aparılması planlaşdırılan radioaktiv materiallların ələ keçirildiyini açıqlayıb. “Reuters” xəbər agentliyi isə Rusiya Federal Gömrük İdarəsinin əməkdaşlarının Moskvanın Şeremetyevo hava limanında İranın paytaxtı Tehrana uçmaq istəyən bir sərnişinin baqajından radioaktiv maddələr aşkarlanaarq götürdüyünü vurğulayıb. “İnterfaks” agentliyi ekspertizadan sonra aşkarlanan maddənin “radioaktiv natrium” olduğunu bildirib.

Aşkarlanan maddənin yalnız nüvə reaktorunun əldə olunmasında istifadə edilən “Natrium-22” maddəsinin pozitron parçalar yaydığı və olduqca uzun müddət saxlana bildiyi deyilir. Rusiyalı rəsmilər hadisə ilə bağlı istintaq başlandığını və radioaktiv maddələrin prokurorluğa göndərildiyini söyləyib. Rəsmilər maddənin kimin üzərindən götürüldüyü haqda geniş açıqlama verməyib.

Əlavə edək ki, Tehran rejimiylə yaxın əlaqələrə malik olan Rusiya Buşehr şəhərində İranın ilk nüvə stansiyasını inşa edib. Qərb ölkələrinin narahatlıqlarına baxmayaraq Moskva bu günə qədər İranın nüvə silahı əldə etməyə çalışdığı haqda iddiaları dəstəkləmirdi. Ekspertlərin fikrincə, Rusiyanın bu addımı Moskvanın İrana görə Qərblə gərginlik istməməsindən qaynaqlanır.
Bu arada Cənubi Koreya hökuməti apardığı nüvə fəaliyyətinə görə İrana yeni sanksiyalar tətbiq edib. Ötən gün Cənubi Koreyanın maliyyə naziri bəyanat yayaraq İranın neft və qaz sektoruna hər hansı kapital qoyuluşunun qadağan edildiyini, İranın nüvə proqramı ilə əməkdaşlıq edən və ona yardım göstərən 99 qrupa və 6 şəxsə sanksiya qoyulduğunu bildirib.

Cənubi Koreyanın maliyyə naziri deyib ki, ölkəsi İrandan aldığı neftin pulunu milli valyuta ilə ödəmək üçün İranın Mərkəzi Bankının Cənubi Koreya banklarındakı bank hesablarını hələlik açıq saxlayacaq. Xatırladaq ki, Cənubi Koreya bir il əvvəl də BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına qoşularaq İranın Millət Bankına, eləcə də 101 İran şirkətinə sanksiya qoymuşdu.

İnformasiya şöbəsi